Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

barmaxçıl1

Bərdə, Gəncə, Sabirabad

Bax: barmaxça. □ Nişan aparanda bir dənə də barmaxçıl aparıf taxıllar qızın barma:na (Bərdə).

barmaxçıl2

Ağcabədi, Cəbrayıl, Zəngilan

Bax: barmaxçalıx2. □ Çin kəsməməx'dən ötrü barmaxçılı ge:rdix' barma:mıza (Ağcabədi); Barmaxçıl olmasa, qılçıx adamın barma:n yə:r (Zəngilan); Saleh Süleymana dörd barmaxçıl tix'di (Cəbrayıl).

Azərbaycan dilinin dialektoloji lüğəti