Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

basalax

Bərdə, Daşkəsən, Gədəbəy, Gəncə, Xanlar, Mingəçevir, Şəmkir, Tovuz

1. Nəsil, tayfa (Bərdə, Daşkəsən, Gədəbəy, Gəncə, Xanlar, Şəmkir). □ Bizim basalağımız böüxdü (Bərdə); Burda altı basalax var (Xanlar); Öz basalağına xəbər ver ki, hamı birdən köçək (Gəncə); Hansı basalaxdansınız, bajı oğlu (Gədəbəy).

2. Kəndin müəyyən tayfa və ya nəslin yaşadığı ərazisi, sahəsi (Şəmkir, Tovuz). □ Bu basalaxda təx'-təx' kərpiş ev var (Şəmkir); Bizim basalağa tay basalax olmaz (Tovuz); Mən oa:nkı basalaxdanam (Şəmkir).

Azərbaycan dilinin dialektoloji lüğəti