“Gəncəbasar” deyirik. Bəzi dialektlərdə “qohum, tayfa” mənasında basalaq sözü işlədilir. Subasar sözü də mövcuddur. Basar sözü “sərhəd, zona” anlamlarında da işlədilir. Ərəb mənşəli bəsər sözü var, “göz, görmə” mənalarında işlədilir. Zənn edirəm ki, Gəncəbasar –“Gəncə və onun ətrafında gözlə görünə bilən yerlər”, “həndəvər” deməkdir və burada basar (bəsər) kəlməsi ərəbcədir. Subasar sözündəki basar isə basmaq feilindən əmələ gəlib. Basalaq (tayfa, nəsil) sözünün etimologiyası qaranlıq qalır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti