►Birini həddindən artıq əzizləmək, nəvaziş göstərmək, qayğısına qalmaq.
İfadə qədim zamanlarda hər hansı yaxşılığa görə minnətdarlıq etmək ənənələrindən qaynaqlanmışdır.
İslam dinindәn çox-çox əvvəl – qәdimlәrdә insanlar hansısa fәlakәtdәn xilas olduqda kasıb-kusuba sәdәqәlər verirdilәr və bu sәdәqə həmin şәxsin başı üzәrindә vә ya әtrafında üç dəfә dolandırılırdı; mәsәlәn, pul sәdәqәsini baş üzərindә, heyvan sәdәqәsini şәxsin әtrafında dolandırırdılar. Vaxtilә azad edilәn qullar da minnətdarlıq əlaməti olaraq onların azadlığa çıxmasını təmin etmiş şәxsin әtrafına dolanırdılar.
Bu ifadәlәrin qәdim şamanizmlә әlaqәdar olduğunu göstәrәn Nәsir Rzayev yazır ki, şamanizm Azәrbaycan dilinin lüğәt tәrkibinә dә qüvvәtli tәsir göstәrib. «Başına dolanım», «qadan alım», «qurban olum» kimi ifadәlәr şamanların müalicә mәqsәdini güdәn prosesini tәmsil edir; məsələn, şaman xәstәliyi naxoşdan göyәrçinә, yaxud toyuğa köçürәrkәn quşları üç dәfә xәstәnin başına dolandırırmış. Bu zaman qada (xəstəlik) insandan göyәrçinә, yaxud toyuğa keçirmiş. Bəzən də sonuncu – üçüncü prosesdә göyәrçin xəstәnin qadasını alandan sonra kәsilir, yәni xәstәnin qurbanı olurmuş. Qeyd etdiyimiz «qurban olum» ifadәsi dә buradan qaynaqlanır.
Nәzәrdәn keçirilən bu üç frazeologizmin әsasında «başına dolandır, ver» ifadәsi də yaranıb. Adamlar öz xәstәliklәrindәn vә başqa ziyanlardan yaxa qurtarmaq üçün nәzir vermәyi әhd edir. Onlar nәziri verәrkәn üç dәfә başlarına dolandırırlar ki, bu onların qurbanlığı olsun, onları (şaman ayinindә olduğu kimi) xәstәlikdәn, hәr cür xata-baladan qorusun.
Dilimizdə bu ifadə ilə eyni məna kəsb edən «qurban olmaq», «ağrısını almaq», «qadasını almaq» kimi frazeoloji söz birləşmələri də vardır.
Məsəllər, deyimlər