1. Yağışdan, soyuqdan, küləkdən qorunmaq üçün başa geyilən örtü. □ ..Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. (S.S.Axundov)
2. Arxaizm. Qadınların qızıl və gümüşdən qayrılıb, baş örtüsü altından qoyduqları qızıl və gümüş bəzək; cütqabağı, gəlintacı.
Sərlövhə, məqalənin adı; əsərin, ya qəzetin başda yazılan qısa adı. □ Məqalənin başlığı. Reyhan .. əlində rəngli qələm qəzetə başlıq çəkir. (Mir Cəlal)
Etnoqrafiya. Ərə verilən qızın ata-anasına tədarük və cehiz düzəltmək üçün oğlan tərəfindən verilən mal, yolpulu, südpulu. □ Nə eybi var, razıyam, ancaq oğlun otuz kisə başlıq verməlidir.. (“Aşıq Qərib”)
Azərbaycan dilinin izahlı lüğəti