Daşkəsən, Gəncə, Oğuz
Yalançı, gopçu. □ Basmaçının biridi, unun çox da sözünə baxma (Oğuz); Basmaçı özünnən basey, qozaley (Daşkəsən); Bax, Meytidən özünü gözdə, yaman basmaçıdı (Gəncə).
Şamaxı
Kömüryandıran, kömürçü. □ Bir dəsdə basmaçı götürüb özdəriçün basma qoyməyə getdilər.
Azərbaycan dilinin dialektoloji lüğəti