Rusiyada 1917-ci il fevral inqilabından sonra formalaşmış və əsasını Mərkəzi Asiyanın yerli əhalisi təşkil edən hərbi-siyasi hərəkat.
Milli azadlıq xarakteri daşıyan B.H. 20-ci illərin əvvəlində xüsusilə geniş vüsət alıb. Bu dövrdə partizan taktikasından və yerli əhalinin dəstəyindən istifadə edən basmaçılar sovet ordusuna ciddi zərbələr endiriblər. Sovet hakimiyyəti yalnız 30-cu illərin əvvəlində B.H.-nın əsas qüvvələrini zərərsizləşdirə bilib. Ayrı-ayrı basmaçı dəstələrinin müqaviməti isə 1942-ci ilə kimi davam edib.
Tarix terminləri lüğəti