Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

basmax1

Kürdəmir

Yalan danışmaq, goplamaq, gopa basmaq. □ Amma nə özünnən basırsan?

basmax2

Culfa

Hürmək, hürə-hürə hücum etmək. □ Gecənin bir vaxtında onda baxdım, gördüm itdər basır.

basmax3

Qazax

Düzəltmək, istehsal etmək. □ Bu ləzginin peşəsi keçə basmaxdı; Biz özümüz hər il sirkə basırıx.

basmax4

Tovuz

Nəsil, tayfa. □ Bizim basmağın qızları sizdərə getməzdər.

Azərbaycan dilinin dialektoloji lüğəti