Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

batareya1 [batareya] isim fransız

1. Hərb. Bir neçə top və minaatandan ibarət taktik vahid.Tapdıq söhbətə .. minasaçan batareyasını susdurmağa necə getdiyindən başladı. (Ə.Əbülhəsən).

2. Hərb. Bir neçə top və minaatandan ibarət taktik vahidin yerləşdiyi istehkam. Dəmir-beton özül üstündə qurulmuş batareya.

batareya2 [batareya] isim fransız

1. Fizika. Bir-birinə bənd edilmiş bir neçə akkumulyator, yaxud qalvanik element. Elektrik batareyası. Akkumulyator batareyası.
2. Buxar ilə qızdırılan binaların içində qoyulan və içərisində isti su olan bir-birinə yapışıq borular sistemi.

Azərbaycan dilinin izahlı lüğəti