Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BATIR türk.

batır sözü igid, qəhrəman, cəsur anlamındadır.

Türk antroponimik vahidlər sistemində mövcud Batır kişi adı məişətimizdə köhnəlmiş şəxs adları sırasındadır. Azərbaycanda XX əsrin ortalarına yaxın türk mənşəli adların əksəriyyəti kimi, Batır kişi adı da yavaşyavaş unudulmağa başlamış, sonra isə tam yaddaşlardan silinmişdir. Qeyd etmək lazımdır ki, Batır bu gün bir sıra türk xalqlarının dilində geniş yayılmış şəxs adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti