Əsli, “vayquş” (vayıltı salan quş) deməkdir. Xarabalıqlarda xoşagəlməz bir səslə (vayıltı ilə) oxuyur. Bəzən bayqu sözünü də bayquş kəlməsi ilə eyniləşdirirlər (“İzahlı lüğət” məhz belə verib), doğru deyil. Qədimdə bir adı da qoburğa kimi olub. Bu (qoburğa), onun çıxardığı səslə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti