►Bəd danışmaq, bədbəxtlik, uğursuzluq gətirmək, niyyəti, məramı pis olmaq.
İfadə zәrdüştiliklә bağlı bir əhvalatdan yaranmışdır.
Zәrdüştiliyə aid olan həmin əhvalata görə, ilk insan sayılan Kәyümәrs əziz oğlu Hüşәngi bir dağda qoyub getmişdi vә onu divlәr öldürmüşdü. Kәyümәrs oğlunu yoluxmağa gedәndә yol üstünә qonub tez-tez ötәn bir bayquşa tәsadüf edir. O yaxın gәlәndә quş uçub bir az uzağa qonur, yenә ötmәyә başlayır. Kәyümәrs deyir:
– Ey quş, xeyir xәbәr isә sәn insanlar üçün mübarәk fallı ol, sәni yaxşı, müsbәt fal һesab etsinlәr, әgәr verdiyin xәbәr pis isә sәni ta dünya durduqca pis fal hesab etsinlәr.
Kәyümәrs gәlib oğlunun hәlak olduğunu görür. Ona görә dә bayquş pis fal hesab olunur. Bunun isə islam dini ilә heç bir әlaqәsi yoxdur. Eyni zamanda «bay-quş» sözünün «bәy quş», «quşların bәyi» vә bu kimi izah olunması da yanlışdır. Klassik әdәbiyyatımızda bu söz bayqu//bequ şәklindә dә işlәnib. Ehtimallara görə, bu söz, әslindә, quşun sәsinә tәqlid olan bequ/pequ/piqu sözündәn törәyib.
«Bayquş xərabəlik, qurd dumanlıq sevər» Azərbaycan atalar sözü bayquşun xalqımızın inanclarında hansı yeri tutduğunu aydınlaşdırmaq baxımından çox ibrətamizdir. Təsadüfi deyil ki, özünü cəmiyyətdən təcrid edən, insanlardan qaçıb təkcə yaşayan adamlar haqqında el arasında «bayquş kimi adam arasında görünmür», «bayquş kimi həyat yaşayır» kimi ifadələr geniş yayılıb.
Klassik ənənələrdən və qədim inanclardan qaynaqlanan bu düşüncə tərzi zaman-zaman dilimizdə müxtəlif frazeoloji söz birləşmələrinin, o cümlədən «bayquş kimi ulamaq», «bayquş kimi nəhs gətirmək» ifadələrinin yaranmasına səbəb olub.
Məsəllər, deyimlər