Reklam
Reklam

Etimologiya lüğəti

bayram

Güman edirəm ki, sözün kökü “bolluq, məhsul” anlamını əks etdirən bay kəlməsindən ibarətdir. Ur sözü də mövcud olub, “toplamaq, yığmaq” mənasında işlədilib. Görünür, sözün əsli bayur (məhsul yığımı) kimi olub. Ur (or) “biçmək” de­məkdir, “məhsulu biçmək” mənası da məqbul sayıla bilər. Başqa mülahizəyə görə, bayrambayraq eyni kökdən əmələ gəlib, “yüksəklik, ucalıq” anlamları ilə bağlıdır. Törəmə kök bayra hissəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti