Gəncə, Füzuli, Kürdəmir, Qazax, Masallı, Mingəçevir, Naxçıvan, Oğuz, Şəki
1. Bax: bebə. □ Sən də bebəsən (Füzuli); Onun bəbəsi yaman göyçəkdi (Kürdəmir); Gözünüz aydın, eşitdim sizə təzə bir bəbə gəlir (Oğuz).
2. Gəlincik (Gəncə). □ A qızım, ala sa: bir yaxşı bəbə almışam.
Azərbaycan dilinin dialektoloji lüğəti