Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BEHBUD fars.

behbud sözündəndir: Bir neçə mənası var. 1. Yaxşılaşmaq, sağalmaq; 2. Cansağlığı; 3. Xəncərin bir növü, silah; 4. Qalın tiyəli, qında gəzdirilən iri bıçaq, silah növü.

Məişətimizdə qədim şəxs adlarından olan Behbud sözün üçüncü mənası ilə əlaqədar olub, silah adı, xəncər növü anlamına gəlir. Artıq Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Behbud bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Adın daşıyıcılarından Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəvəsi Behbud xan Cavanşir (18771921) 1918ci il iyunun 17də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi İkinci hökumət kabinəsində daxili işlər naziri vəzifəsini tutmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti