Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bəhrə

Bərdə, Borçalı, Culfa, Qazax, Şahbuz, Tovuz

Keçmişdə məhsulun onda biri həcmində alınan vergi. □ On dərzin biri ağanın, doqquzu bizim, buna bəhrə de:ilirdi (Borçalı); Hər nə əx'səx' onun onnan biri bə:indi, ona da bəhrə deirdix' (Bərdə); Bəhrədə otuz pıtdan dörtpıt xanındı (Culfa).

Azərbaycan dilinin dialektoloji lüğəti