Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

bələd

Bələdçi.

– İndi get, mənim üçün bir bir tərlan və bir bələd gətir...

Xidmətçi gedib bir tərlan və bir bələd gətirdi. Abbas atı mindi, bələd də tərlanı götürüb ova çıxdılar. Abbas bələdə tapşırdı:

– Haçan mən icazə versəm, quşu qırqovulun üstünə buraxarsan. (“Abbas”)

                                  *

Kərəm deyər: yada düşdü vətənim,

Bələd yoxdu, göstərəydi yol mənə!

                                        (“Əsli və Kərəm”)

Azərbaycan dastanlarının leksikası