Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bələn1

Gəncə, Qarakilsə, Qazax, Şəmkir, Tovuz

Dağ aşırımı. □ Karvan bələni aşdı (Qazax); Deyir: “Ə, sən yoldan çıxma, o bələni çıxıp olları çağrajam” (Qarakilsə); Olar bələni aşdılar (Şəmkir).

bələn2

Qazax

Pusqu yeri. □ Özünə bir bələn qayrer kin, quş onu görməsin, birdən vursun, ona bələn de:irix'.

bələn3

Borçalı, Cəbrayıl

Hündür yer, təpə. □ Səsə gələn adamlar bələnə çıxdılar.

Azərbaycan dilinin dialektoloji lüğəti