Reklam
Reklam

Tarix terminləri lüğəti

bəngüdaşlar

əski türk. – əbədi, sonsuz

Türk xalqlarında xaqanlara və dövlətin aparıcı şəxslərinə onların ölümündən sonra adlarını əbədiləşdirmək üçün qoyulan abidə, monument, sonsuz həyat simvolu.

Belə abidələrin yaradılması göytürklərdə ənənə halını alıb. B.-ın üzərində, əsasən, xaqanların əhaliyə, gələcək nəsillərə göstərişləri, onlara təlqin etmək istədikləri davranış qaydaları əks olunub. Həmin monumentlərin əbədi olaraq qalacağına və türklərin dünya durduqca dahi rəhbərlərin sözlərindən ibrət götürəcəklərinə inandıqları üçün qədim insanlar onlara B. adı veriblər. Bunlardan ən məşhurları Bilgə xaqana, Kültiginə və Tonyukuqa qoyulan B. hesab olunur. Göytürklərdən sonra uyğurlar bu ənənəni davam etdiriblər. B. türk xalqlarının VII–XI əsrlərə aid qədim abidələri sayılır, onlara «bengidaşlar», «mengüdaşlar» da deyilir.

Tarix terminləri lüğəti