Reklam
Reklam

Tarix terminləri lüğəti

beşillik plan

Keçmiş SSRİ-də iqtisadiyyatın sürətli inkişafı məqsədilə qəbul edilən plan.

İlk B.P. 1929–1933-cü illəri əhatə edib. N.Xruşşovun hakimiyyəti dövründə, 1959-cu ildə yeddiillik plana keçilsə də, bu özünü doğrultmayıb və yenidən B.P. təcrübəsinə qayıdılıb. 1991–1995-ci illəri əhatə edən sonuncu, 13-cü B.P.-ın isə SSRİ-nin süqutu ilə əlaqədar reallaşması mümkün olmayıb.

Tarix terminləri lüğəti