Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

beynəlxalq jurnalist təşkilatları

1. Müx­təlif ölkələrin jurnalistlərini, ya­xud jurnalist cəmiyyətlərini birləşdirən pro­fessional qurumlar.

B.J.T. ümumdünya və regional qurumlara bölünür. Onların əsas vəzifəsi jurnalistikanın professional səviyyəsinin yüksəldilməsi, peşə etikası standartlarının qorunması, media-haki­miyyət, media-cə­miy­yət münasibətlərinin tənzimlənməsi, media biznesi sahəsində problemlərin optimal həlli yollarının ta­pılması və bu isti­qamətdə qabaqcıl təc­rübənin yayılmasıdır. Belə təşkilatlara Ümu­mdünya Qəzetlər As­sosiasiyası, Bey­nəl­xalq Jurnalistlər Fede­rasiyası, Avropa Mətbuat Şuraları Birliyi misal ola bilər.

2. Söz və mətbuat azad­lığını, jurnalist ­hü­quqlarını qlobal səviy­yədə qo­ru­yan, media qanunvericiliyinin liberal­laş­dırıl­masına çalışan beynəlxalq qurumlar, şə­bəkələr.

Belə təşkilatlar genişmiqyaslı monitorinqlər, qiymət­lən­dirmələr aparır, vaxtaşırı dünya ölkələri üzrə söz və mət­buat azadlığı reytinqləri nəşr edir. Onlara “Sərhədsiz jurnalistlər”, Jurnalistləri Mü­dafiə Komitəsi misal ola bilər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti