Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

bəzirgan fars

Tacir. (“Koroğlu” dastanının lüğəti)

Bazar sözündən yaranıb.

Bu yeddi ilin ərzində bir tacir, bir bəzirgan mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib. (“Koroğlu ilə Dəli Həsən”)

*

Bəzirgana sataşdığım,

Qumaşına bulaşdığım,

Dönüb boynundan aşdığım

Çənlibeller yerindəmi?

                         (“Eyvazın Çənlibelə gətirilməyi”)

*

Ağır halaylar döşlərəm,

Tök malını, get bəzirgan!...

Çox belə fellər işlərəm,

Tök malını, get bəzirgan!..

                          (“Koroğlunun Bayazid səfəri”)

*

Bir az da getmişdilər qabaqdan bir karvan çıxdı. Koroğlu baxdı ki,dostu Xoca Əziz də bəzirganların içindədi. (“Koroğlu ilə Bolu bəy”)

Azərbaycan dastanlarının leksikası