Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BİCAN fars.

bican sözündən olub, dilimizdə əsasən iki məna ifadə edir: 1. Cansız, ruhsuz. 2. Canını qurban verən, fəda edən, əsirgəməyən, özünü qorumayan. Bican şəxs adının mənası sözün birinci mənası ilə əlaqədardır.

Bəzi mənbələrdə belə bir məlumata da rast gəlinir ki, bir zamanlar çox zəif, cansız, ölü kimi doğulan uşaqlara bu adı verirmişlər. Sonradan mənasına o qədər də fikir verilməmiş və ad məişətimizdə yayılmışdır. Tələffüzü Becan adına yaxın olduğu üçün bəzən bu iki ad eyniləşdirilir. Lakin bir məsələni də qeyd etmək lazımdır ki, Bican şəxs adında vurğu fars mənşəli birinci hecaya, yəni sözün əvvəlində gələn bi önşəkilçisinə düşür. Becan şəxs adında isə vurğu son hecaya düşür, eyni zamanda e saiti uzun tələffüz edilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti