Ən qədim kökü (etimon) bi feilidir və “kəsmək” mənasında işlədilib. –ç (biç), -z (biz), -aq (biçaq), -qı (bıçqı) şəkilçiləri ilə həmin sözdən müxtəlif kəlmələr düzəlib. Müasir dilimizdə bi kökü müstəqil işlədilmir. Bəzi türk dillərində “şilo” mənasında biğiz işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti