ing. – bill – elan etmək + ing. board – lövhə
İriölçülü xarici reklam qurğusu.
B.-lar, adətən, küçədə, yolların kənarında, kütləvi tədbirlər keçirilən və s. yerlərdə qoyulur. Bu qurğu dayağa, divara bərkidilmiş dəmir və ya taxta lövhədən ibarət olur. B.-da reklam sifarişçisi haqqında qısa məlumat, onun sloqanı, reklam olunan məhsul barədə informasiya, mövzuya uyğun qrafik təsvirlər yerləşdirilir. B.-un quraşdırılması üçün əksər ölkələrdə yerli icra hakimiyyəti orqanlarının icazəsi tələb olunur.
Jurnalistika terminləri lüğəti