Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bilə1

Qax, Meğri

Birgə, birlikdə.  Sənnən bilə cəhənnəmə gidər (Qax); Bir mənzildə qalerdix', bilə yeyif, bilə də gəzerdix' (Meğri).

bilə2

Meğri

Ovuc. □ Biləsinə un şayi pul baseydin, özi addədeydi səni o taya.

bilə3

Meğri

Öz. □ Şəxsıvar erkeyi çəx'di biləsinə.

Azərbaycan dilinin dialektoloji lüğəti