Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

bimar fars

Xəstə, naxoş, azarlı.

Biymar şəklində də rast gəlinir.

Ya Əli deyibən nərə çəkəndə,

Surəti zərbimdən bimar olar.

                                   (“Sam şahzadə”)

                                *

Beş gün səndə mən deyənin

Axırın biymar elədin.

Neçə-neçə Süleymanın

Taxtını tar-mar elədin.

                        (“Leyli və Məcnun”)

Azərbaycan dastanlarının leksikası