Cəbrayıl, Füzuli, Kürdəmir, Salyan, Şamaxı, Şəmkir, Zaqatala
Köçərilərin qış aylarında kənddən kənar heyvan saxladıqları yer, məskən. □ Qoyunnar yayda yeylaxda olıcax, qışda binədə olıcax (Zaqatala); Binəmiz daşdıcadadı (Füzuli); Bı kətdə bi binə var (Salyan).
Kürdəmir, Şəki
Çəltik biçini zamanı çöldə düzəldilən müvəqqəti yaşayış yeri. □ Biyil də binəni bildirki binə yerində tix'mişıx (Şəki).
Cənubi Azərbaycan
Vələ qoşulan sonuncu cüt heyvan. □ Binəni bərk bağla, açılmasın.
Təbriz
Özül, bünövrə. □ Öyün binəsinə qonşularımız da kömax elədilə.
Azərbaycan dilinin dialektoloji lüğəti