Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

binəli1

Borçalı

Doğru, düz. □ Binəli söz oydu ki, Alı dedi.

binəli2

Füzuli, Qax

Oturaq. □ Qorqan bizdən yuxarıdı, o da binəlidi, Qaraxanbəyli də binəlidi (Füzuli).

binəli3

Ağbaba, Şuşa

Həmişəlik, daimi.  Bu, binəli işdiyən döyül (Ağbaba); Biryollux binəli köç şəhərə də (Şuşa).

Azərbaycan dilinin dialektoloji lüğəti