Reklam
Reklam

Məsəllər, deyimlər

BİR NƏFƏR MOLLA, ÜÇ MANAT PUL, BİR KƏLLƏ QƏND…

►Tez bir zamanda evlәnmәk arzusunu bildirən ifadə.

İfadә Ü.Hacıbәylinin «Arşın mal alan» operettasından və eyniadlı məşhur filmdən (1945) qaynaqlanır.

Qoca vә xәsis mülkədar Soltan bәy evlənmək arzusu ilә yaşayır. Rastına çıxan hər dul qadına da bu niyyətlə baxır. Onun tacir Əsgərin xalası Cahan arvadla görüşündə belə bir dialoq var:

«Cahan: – Buy, dedim ərim on iki ildir ki, ölübdür...

Soltan bəy: – Axı burası var ki, mən də dulam...

Cahan: – Nə olar, Allahın əmridir. Tək sənin başında görünməyib ki...

Soltan bəy: – Orasını bilirəm... Bura bax, gəl biz ikimiz bir iş edək.

Cahan: – Nə iş?

Soltan bəy: – Belə iş ki, nə sən dul olasan, nə də mən...

Cahan: – Nə sayaq eləyək?

Soltan bəy: – O sayaq ki, bir nəfər molla, üç manat pul, bir kəllə qənd, vəssalam-şüttamam».

İndi kimsə toy, nişan və ya evlənmək məsələsinə işarə edərkən bu ifadəni işlədir.

Məsəllər, deyimlər