Reklam
Reklam

Məsəllər, deyimlər

BİRƏNİ NALLAMAQ

►Çox böyük məharәt göstәrmək, mümkünsüz bir işi bacarmaq, qeyri-adi qabiliyyәti ilə başqasına üstün gәlmək; һәr hansı işdә başqalarını çox incə şəkildə aldada bilmək.

İfadә eyniməzmunlu mәşhur rus xalq məsəlindən və yazıçı N.S.Leskovun «Solaxay» («Levşa») һekayәsindәn qaynaqlanır.

Adıçəkilən hekayənin mәzmunu da, әslindә, ruslarla bağlı bir əhvalatla əlaqədardır: ingilislər rus çarını һeyrətә salmaq mәqsədilə poladdan olduqca kiçik ölçüdə birә düzəldib Tulaya göndәrirlər. Çar buna necə cavab vermək barədə buradakı sənәtkarlarla məsləhətləşir. Hamı bu məsələdə ümidini qeyri-adi qabiliyyəti olan, solaxay usta Levşaya (solaxay) bağlayır. Levşa isə, həqiqətən, yüksək məharət göstərərək hәmin polad birәni nallayıb geriyә göndərir.

Göründüyü kimi, az qala adi gözlə görünməyən polad birə fiqurunu nallamaqla rus ustaları mümkünsüz bir işi reallaşdırmış, bununla da öz mәһarәtlərini, bacarıqlarını, bu növ incə işlərdə ingilislәrdən daha üstün olduqlarını bütün dünyaya nümayiş etdirmişlər. Ona görə indi də ağlasığmaz və çox incə bir işi görməkdən söhbət getdikdə «birәni nallamaq» ifadəsi işlədilir.

Məsəllər, deyimlər