Reklam
Reklam

Tarix terminləri lüğəti

bitikçi

Orta əsrlərdə bəzi Şərq ölkələrində və Azərbaycanda mövcud olmuş katib, yazar vəzifəsi.

İslamiyyətdən öncəki dönəmlərdə türklərdə xaqanların dəftərxanasına rəhbərlik edən baş katib belə adlanıb. Daha sonra uyğurlardan monqollara keçən B. termini Şərqdə və XIII əsrdən başlayaraq Azərbaycanda da geniş işlənib. Dövlətin baş B.-si (uluğ bitikçi) hökmdar tərəfindən təyin olunub. Ona hökmdar sülaləsinin tarixinin yazılması, mədaxil və məxaric xərcləri dəftərlərinin düzgün aparılmasına nəzarət, əmlakın qeydə alınması və s. səlahiyyətlər verilib.

Tarix terminləri lüğəti