ing. blackout – qaraltma
1. Media bazarında müəyyən verilişlərin, tədbirlərdən reportajların yayımına məhdudiyyətlər qoyulması, yaxud yayımın qapalı rejimdə – yalnız abunə ilə həyata keçirilməsi.
B-A. çox vaxt lokal yayımçını bazardakı rəqiblərdən qorumaq məqsədi güdür; məs.: mühüm idman yarışının translasiyası hüququ yalnız bir yerli şirkətə verilir.
2. Müəyyən mövzuda xəbərlərə tətbiq olunan senzura.
B-A. media orqanları tərəfindən könüllü həyata keçirilə, yaxud hakimiyyətin qərarı ilə tətbiq edilə bilər. Demokratik cəmiyyətlərdə dövlət orqanları B-A. taktikasına yalnız müharibə şəraitində, insanların həyatına və sağlamlığına ciddi təhlükə yarandıqda müraciət edir; məsələn, 2008-ci ildə kanadalı jurnalist Melissa Funq Əfqanıstanda girov götürüləndə Kanada hökuməti onu sağ qaytarmaq üçün görülən tədbirlərin gizli saxlanılması məqsədilə mövzuya qadağa qoymuşdu.
Jurnalistika terminləri lüğəti