Reklam
Reklam

Etimologiya lüğəti

boğaz1

“Горло” mənasını əks etdirir. Bu söz mənbələrdə boğurdaq kimi verilib, boğmaq feili ilə bağlıdır kimi qeydə alınıb. Boğça sözü də bununla qohumdur. Əbu Həyyanda (XIII–XIV əsr) bu söz boğaq (boğuq yer) kimi qeydə alınıb. Türk­mənlər buna “boğurdaq” deyirlər. Deməli, boğmaq sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

boğaz2

Hamilə heyvanlar haqqında “boğazdır” kəlməsi işlədilir. Sözün əsli buza şək­lində olub və “doğmaq” mənasını əks etdirib. Buzov sözü də həmin zəmində əmələ gəlib. Mənbələrdə buzov yerinə buzağu yazılıb. Oğlan kəlməsi doğmaq feilindən törədiyi kimi, buzov sözü də buza feilindən törəmədir. Oğlaq (keçi ba­lası) və oğlan kökdaş sözlərdir. Güman etmək olar ki, buzovquzu sözləri də eyni kökdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti