Təyyarə, gəmi, kosmik aparat, avtomobil və s.-nin bortunda quraşdırılan elektron hesablama maşınları (kompüterlər).
Bort kompüterləri nəqliyyat vasitəsini idarə etmək, onun texniki vəziyyəti haqqında informasiya almaq, dispetçer məntəqəsi ilə rabitəni təmin etmək və başqa məqsədlərlə quraşdırılır.
