Reklam
Reklam

Tarix terminləri lüğəti

boyarlar

1. X–XVII əsrlərdə Rusiya, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniyada feodalların yüksək təbəqəsi.

Rusiyada tarixin müəyyən mərhələsində B. böyük knyazdan sonra dövlətin idarə olunmasında ən mühüm yer tutublar. Onların iqtisadi qüdrəti və siyasi təsiri XII–XV əsrlərdə zirvə nöqtəsinə çatıb. Mərkəzləşdirilmiş Rus dövlətinin yaranması ilə (XV əsrin sonu) B.-ın hüquqları tədricən məhdudlaşdırılıb. Bu terminin etimologiyası mübahisəlidir. Bəzi alimlər onun slavyan («baətğ», bajit – danışmaq), digərləri türk mənşəli (bay, bəy) olduğunu iddia edirlər.

2. XV–XVII əsrlərdə Rus dövlətində hakim siniflərdən dövlət xidmətində olan şəxslərə verilən yüksək rütbə.

Bu rütbə həmin şəxslərə Boyar dumasına (çarın yanında məşvərətçi ali şura) daxil olmaq hüququ verib.

3. Rumıniyada təqribən XIV əsrdə yaranmış və 1945-ci il aqrar islahatı nəticəsində ləğv olunmuş feodal təbəqəsi.

Tarix terminləri lüğəti