Reklam
Reklam

Tarix terminləri lüğəti

boykot

ing. boycott – İrlandiyada çalışan ingilis iş adamı Çarlz Boykottun soyadından

1. Ayrıca şəxs, təşkilat və dövlətlə əlaqələrin tam, yaxud qismən kəsilməsi, müəyyən malların alınmasından imtina və bu kimi hərəkətlərdən ibarət olan siyasi-iqtisadi mübarizə üsulu, etiraz forması.

İlk dəfə B. aksiyası 1880-ci ildə İrlandiya icarədarları tərəfindən onlarla sərt rəftar edən malikanə müdiri Ç.Boykotta qarşı keçirilib və termin belə yaranıb.

2. Əhalinin seçkilərdə iştirakdan imtina etməsi.

Tarix terminləri lüğəti