mürəkkəb adların yaranmasında işlənən Böyük adı və arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Böyükbəy (bax: ad – BÖYÜK; BƏY) kişi adı Böyük bəy anlamını ifadə edir.
C.Cabbarlının “Mahnı dağlarda qaldı” əsərinin əsas qəhrəmanlarından olan Böyük bəy surəti ilə ədibin nə qədər zəngin düha sahibi olduğu bir daha görünür. Sosializm quruluşunun təbliği ideyasını aşılayan əsərdə quruluşun yaranmasına etiraz edən və bunu bütün əməlləri ilə sübut edən Böyük bəy nəinki o dövrdə, bu günə qədər də əsl kişi obrazı kimi yadda qalmışdır. Dahi sənətkar Böyük bəy adından üslubi çalarlığı gücləndirmək üçün istifadə etmiş və buna tam nail olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti