Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bozarmax1

Ağdam

Xarablaşmaq, sərtləşmək, pozulmaq (hava haqqında).  Hava yaman bozarıf qarramasa yaxşıdı; Hava bozarıf, də:sən, yağış yağajax.

bozarmax2

Ağdam, Bərdə, Şuşa, Tərtər

Hirslənmək, əsəbiləşmək, acıqlanmaq. □ Arvad üsdümə elə bozardı ki, qorxudan qaşdım (Ağdam); Ə:, ma: niyə bozarırsan, sa: neynəmişəm? (Bərdə); Na:xca yerə üsdümə bozarma (Şuşa).

Azərbaycan dilinin dialektoloji lüğəti