Ağdam, Bərdə, Borçalı, Füzuli, Gədəbəy, Gəncə, Hamamlı, Qax, Qazax, Şəki, Şəmkir, Şuşa, Tovuz
Bax: bıdamax. □ Ürəyin nə qədə isder Abbas Vəliyi budadı (Borçalı); Qolu ağrıtınca budadı (Qax); Ə:, ay insafsız, nə:n budo:ysun onu? (Gədəbəy); Çox danışma ə, duruf səni buduyaram (Hamamlı); Ollar bir-birini budadılar (Tovuz); Acığı tutuf uşağı bir yaxşı budadı (Şəki); Bir dəfə tutuf yaxşıca budasan onu, bir də belə şey eləməz (Ağdam); Laf kefin isdiyən budadım onu, ta: bir də qələt eliyif bura gəlməz (Şuşa).
Qax
məc. Parçalayıb yemək, kobud şəkildə yemək, gözünə təpmək. □ Vallah, elə buduyurdu, elə bil, daldan alamançı geliy.
Azərbaycan dilinin dialektoloji lüğəti