Reklam
Reklam

Etimologiya lüğəti

buğ

“Buxarlanmaq” mənasını əks etdirən bu feili mövcud olub. Ba (bağla) feilindən bağ ismi əmələ gəldiyi kimi, həmin qəlib üzrə də bu feilindən buğ ismi törəyib. Ehtimal etmək olar ki, buxarı, buxar sözləri də bu feili ilə bağlıdır, sonra başqa dillərə də keçib. Buxarının qədim mənası “buğ deşiyi” (buğun çıxması üçün olan baca) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti