Reklam
Reklam

Tarix terminləri lüğəti

bukavul

Orta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda hərbi vəzifə.

Əsasən, Elxanilər dönəmindən (XIII) başlayaraq B. baş əmirdən sonra orduda ən böyük vəzifə hesab edilib. O, orduda nizam-intizamı qoruyub, təyinatlarla, maaşların və yürüşlərdə ələ keçirilən qənimətlərin hərbi hissələr və əsgərlər arasında bölüşdürülməsi ilə məşğul olub.

Tarix terminləri lüğəti