Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

cağ1

Daşkəsən, Xanlar

Barmaqların ayaq pəncəsi ilə birləşdiyi oynaq.  Əyağın qatdanan yerinə cağ deyərix' (Xanlar).

cağ2

Ağdərə, Laçın, Ordubad, Şahbuz, Zəngilan

Mil <corab toxumaq üçün>.  Coravı cağnan hörürüx' (Ağdərə); Corab toxumağa beş cağ lazımdı (Ordubad).

cağ3

Kürdəmir

Nərdivan. □ Cağı qələməyə daya, bir qo:sara üzüm dər yiək.

Azərbaycan dilinin dialektoloji lüğəti