1. Oxumamış, savadsız, avam, nadan, anlamaz, qanmaz, heç şeydən xəbəri olmayan. □ Cahilə söz qandırmaq, dəvəyə xəndək atdırmaq kimidir. (Atalar sözü). Cahil enər alçaqlığa, öz qəlbinə yenməz; Vicdandan əgər dönsə də, xeyrindən o dönməz. (B.Vahabzadə).
2. Cavan, gənc; cahıl. □ O, hələ çox cahil, cavan olduğu üçün həyatı dərk etmirdi.