Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

çala1

Kürdəmir, Şəki

Lək, çəltik ləki. □ Çalaları süynən dolduruf üsdünnən çəltiyi saçiylər; Çalaları donquz dağıtdı (Şəki); Bı çala suvarılmamış qalıp (Kürdəmir).

çala2

Basarkeçər

Biçənək.  Qoyunu çalıya ötümə.

çala3

Qazax

Tarla düşərgəsi.

çala4

Bakı, Yardımlı, Saatlı, Zəngibasar

Dərə.

çala5

Əli Bayramlı

Yer, sahə.  Bərzəbil çalası çox münbitdi.

çala6

Ordubad

Təndir.

çala7

Zəngibasar

Doğuşdan əvvəl heyvanın ifraz etdiyi selik.

Azərbaycan dilinin dialektoloji lüğəti