Keçmişdə Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmış kişi baş geyimi növü.
C., adətən, fəs və ya araqçının üstündən dönə-dönə sarınmış ipək, yun, qumaş parçadan ibarət olur. Parçanın rənginə, keyfiyyətinə, böyüklüyünə və dolanma tərzinə görə Ç. sahibinin sosial, yaxud məzhəb və təriqət mənsubiyyətini müəyyən etmək mümkündür.
Tarix terminləri lüğəti