came (böyük məscid) və mürəkkəb adların tərkibində iştirak edən Üllah sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Cameüllah formasında olan ad sonradan Camulla şəklinə düşmüşdür. Dilimizin fonetik xüsusiyyətlərinə əsasən, iki sözün birləşməsi zamanı yanaşı gələn iki saitdən birinin düşməsi, həm də ahəng qanununa görə dəyişməsi nəticəsində bu gün ad Camulla şəklindədir. Camulla (bax: ad – ÜLLAH) kişi adı Allahın evi anlamını ifadə edir. Azərbaycanın cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti