1. Car çəkmək (çağırmaq) – yüksək səslə camaata bir şeyi xəbər vermək, elan etmək, bildirmək. □ Tez olun, car çəkin! Car çəkin, bütün bazar əhli bura yığılsın! (Ə.Məmmədxanlı)
2. Car çəkmək (çağırmaq) – məcazi mənada: aləmə yaymaq, hamıya bildirmək, xəbər vermək, hamıya eşitdirmək (xəbəri, bir sözü və s.-ni). □ Ellərə car çəkən payızın səsi; Düzlərdə sərt əsən küləklərdədir. (N.Xəzri)
Bax: cari (1-ci mənaya).
Həmçinin bax: