1. Arxaizm. Car çəkən, uca səslə bir xəbəri və s. camaata elan edən, bildirən. □ ...Carçılar ortada gəzib, müxtəlif xəbərlər verirdilər. (S.Rəhman).
2. Məcazi mənada: müjdəçi, bir şeyin ilk xəbərçisi. □ Azərbaycan torpağı və Azərbaycan xalqının böyük iftixarı olan Nizami bütün dünyada humanizmi tərənnüm edən intibah dövrünün ilk carçısı idi. (M.İbrahimov).