Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çardaq [çardax] isim fars

1. Günəşdən, yağışdan qorunmaq və ya başqa məqsədlər üçün dirəklər üzərində qurulmuş üstüörtülü kölgəlik; talvar. □ Bu dağı bağ eylərəm, ay bülbüllər; Yanın çardaq eylərəm, ay bülbüllər; Eşitsəm sən gəlirsən, ay bülbüllər; Yolunu çıraq eylərəm, ay bülbüllər. (Xalq mahnısı).
2. Tənək üçün dirəklər üzərində üstünə nazik taxtalar, borular düzülən və ya məftil çəkilən qurğu. □ Gəzəcəkdir qədəm-qədəm bağımı; Görəcəkdir üzümlü çardağımı. (A.Səhhət).

Azərbaycan dilinin izahlı lüğəti